Mətbuat xidməti
Xidmət rəhbəri
Tamerlan Eldar oğlu Əkbərov – Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər xidmətinin rəhbəri
Tamerlan Eldar oğlu Əkbərov 1995-ci il oktyabrın 14-də İmişli şəhərində anadan olub. 2013-cü ildə İmişli şəhər N.Nərimanov adına 1 saylı humanitar fənlər liseyini bitirmiş, elə həmin il Azərbaycan Kooperasiya Universitetinin Marketinq və menecment fakültəsinin menecment ixtisasına daxil olub. 2017-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Elə həmin ildə Azərbaycan Kooperasiya Universitetinin magistratura pilləsinin Menecment ixtisasına daxil olmuş və fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildən ictimai-siyasi fəaldır.
2011-2013 – cü ilərdə təhsil aldığı İmişli rayon 1 saylı Humanitar fənlər liseyində, rayonda ilk dəfə Gənclər Təşkilatını yaratmış və onun sədri vəzifəsini icra etmişdir. 2014-2019-cu illərdə təhsil aldığı müəssisənin Tələbə Gənclər Təşkilatının sədri olmuşdur. Bakı şəhəri və respublika əhəmiyyətli bir çox tədbirlərin təşkilatçısı, eyni zamanda iştirakçısı kimi dəfələrlə çıxış etmişdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin imzası ilə ölkədə Dövlət Gənclər Siyasətinin həyata keçirilməsindəki fəallığına görə üç dəfə təltif olunmuş, rəhbərlik etdiyi Tələbə Gənclər Təşkilatı isə 2015 və 2018-ci illərdə uğurlu fəaliyyətə görə Gənclər və İdman nazirliyinin xüsusi mükafatına layiq görülmüşdür. Ümumilikdə, ictimai-siyasi fəaliyyəti ərzində aidiyyəti dövlət orqanları və Qeyri Hökümət təşkilatları tərəfindən 44 fəxri fərman, 8 diplom və 4 təşəkkürnamə ilə təltif olunmuşdur.
2015-ci ildə Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın üzvü, 2019-cu ildən isə katibi seçilmişdir. 2013-cü ildən Yeni Azərbaycan Partiyasının və Partiyanın Gənclər Birliyinin fəal üzvüdür. Hal-hazırda Azərbaycan Kooperasiya Universitetinin Elmi Şurasının üzvü, Bakı Biznes və Kooperasiya Kollecinin şöbə müdiri, Həmkarlar təşkilatının sədri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai şuranın katibi, Nərimanov Rayon Bələdiyyəsində Daimi Büdcə Komissiyasının sədri, bələdiyyənin üzvü, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini və idarə heyətinin üzvü, Yeni Gələcək Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin departament rəhbəri vəzifələrini daşıyır.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Mərakeş Krallığı, Portuqaliya və bir neçə dəfə Türkiyə və Rusiya Federasiyasında səfərlərdə olmuşdur. 2015-ci ildə Təhsil açarı mükafatına layiq görülmüşdür. 2020-ci ildə Azərbaycan Respublikasının siyasi sisteminin yaranması və formalaşdırılması proseslərinin öyrənilməsi məqsədi ilə təşkil olunmuş YAP “Siyasət Akademiyası”nda fəal iştirakına görə “Fəxri Diplom”la təltif olunmuşdur. Həmin ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi naliyyətlərinə görə “İlin Peşəkər Gənci” döş nişanı ilə təltif olunmuşdur. 2022-ci ildə Azərbaycan Gənclər Mərkəzi İB tərəfindən Tələbə gənclərə göstərdiyi diqqət və qayğıya görə “Gənclərin Dostu” milli mükafatı ilə təltif olunmuşdur.
Mətbuat xidməti Haqqında
Mətbuat xidməti ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı KİV-lə əlaqələrin qurulması və ictimaiyyətin məlumatlandırılması işinin təşkilini və tənzimlənməsini həyata keçirir. Xidmət rektorluğun və digər strukturların planlaşdırdığı iclas, konfrans və universitetin fəaliyyəti ilə bağlı ictimaiyyətin suallarını cavablandırılması ilə məşğul olur. Mədəni tədbirlərin təşkili, universitetin tanıtımının və nüfuzunun artırılması istiqamətində aparılan silsilə işlər də bölmənin səlahiyyətinə daxildir. Xidmət universitetin tədbirləri ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədilə xəbərlərin elanlarını hazırlayır. Universitetin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə universitetdə görülən işlər barədə məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir, müsahibələr, çıxışlar və s. hazırlayır. İctimaiyyətlə əlaqələr sahəsində normativ aktların və təşkilati sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak edir. Universitetin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda cavab hazırlamaq və təhrif hallarının aradan qaldırlması üçün tədbirlər görmək də xidmətin fəaliyyətinə daxildir. Eyni zamanda xidmət universitet tədbirlərində KİV nümayəndələrinin iştirakını təşkil edir. Mətbuat xidməti jurnalların, reklamların, plakatların, informasiya vərəqələrinin, sorğu kitablarının nəşri və müxtəlif multimedia vasitələrinin hazırlanmasını, universitetin fəaliyyətinə dair kağız, video və foto materialların arxivinin yığılmasını təşkil edir. Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasında iştirak edir.