Mülki Müdafiə və Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrası


Rauf Qəzənfər oğlu Məmmədov – Azərbaycan Kooperasiya Universitetinin Mülki Müdafiə və Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedrasının müdiri, iqtisad elmləri namizədi, dosent.

Məmmədov Rauf Qəzənfər oğlu 29 oktyabr 1952-ci ildə, Qasım-İsmayılov rayonunun Qızılhacılı kəndində (Goranboy) anadan olmuşdur. 1969-ci ildə orta məktəbi, 1969-1974 cü illərdə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və oranı bitirmişdir.

1974-1975 – ci illərdə təyinat üzrə işləmiş.1975-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. 1977  1981-ci illərdə AR Daxili İşlər Orqanlarında çalışmışdır. 1981-1991 – ci illərdə AR Elmlər Akademiyasının Kibernetika İnstitunun əyani aspirantı olmuş,1987-ci ildən İqtisad elmləri namizədi elmi işçi kimi fəaliyyət göstərmişdir. 1991-2012 – ci illərdə AR Daxili İşlər Orqanlarında işləmiş, 1995  ci ildə AR DİN-nin Polis Akedemiyasını bitirmişdir. 2012 – 2015-ci illərdə AR Vergilər Nazirliyi sistemində çalışmışdır. 2016-cı il fevral ayından Mülki Müdafiə və Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedrasının müdiri vəzifəsinə təyin olunmuşdur. 6 məqalənin, 3 fənn proqramının müəllifidir. Ailəlidir, 1 övladı var.

2002-ci ildən Bədən tərbiyəsi və Mülki Müdafiə adı ilə yaradılan kafedra hazırda Mülki Müdafiə və Həyat Fəaliyyətinin Təhlükəsizliyi adı altında fəaliyyət göstərir. 2002-2011  ci ilədək kafedraya b/m M.H.Hüseynov rəhbərlik etmişdir. 2011-2013  cü illərdə b/m C.M.Qədirli yeni kafedra müdiri təyin olunmuşdur. 2013-2016 cı illərdə yeni yaradılmış Mülki Müdafiə və Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedrasına p.ü.f.d., dos.M.H.Hüseynov rəhbərlik etmişdir. 2016-cı il fevral ayından AKU  da sturuktur dəyişikliyi ilə əlaqədar olaraq kafedra müdiri i.e.n.Məmmədov Rauf Qəzənfər oğlu təyin olunmuşdur.Kafedranın müəllimləri təsdiq olunan təqvim mövzu planı əsasında mühazirə və seminar məşğələləri aparırlar. Hazırda kafedranın heyəti 5 nəfərdən ibarətdir.

İ.e.n., dos. Məmmədov Rauf Qəzənfər oğlu (kafedra müdiri)
P.ü.f.d., dos. b/m Hüseynov Mərdan Həsən oğlu
b/m. Qafarov Rəfael Məmmədhəsən oğlu
b/m. Qədirli Ceyhun Mübariz oğlu
b/l.Məmmədova Gülçin Rasim qızı

Mülki müdafiə
Mülki müdafiə və İlkin tibbi yardım
Əməyin mühafizəsi
Həyat fəaliyyətinin təhlükəsizliyi
Sağlamlıq və Əməyin mühafizəsi


Yanğın və partlayışdan mühafizə