Nəşriyyat - Poliqrafiya şöbəsi



Əhməd Ziyəddin oğlu Əliyev – Azərbaycan Kooperasiya Universitetinin Nəşriyyat-Poliqrafiya şöbəsinin müdiri


Universitetin Nəşriyyat – Poliqrafıya şöbəsinin fəaliyyəti 2001-ci il 12 aprel tarixində Mətbuat və İnformasiya Nazirliyinin C – 137 saylı lisenziyası (AB N2 003037) əsasında fəaliyyətini həyata keçirməyə icazə verilmiş, 16 sentyabr 2013-cü il tarixində (protokol № 12) AKU-nin Elmi Şurasının qərarı ilə redaksiya – nəşriyyat şöbəsi kimi Əsasnaməsi təsdiq edilmişdir. Bu əsasnamə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, ali məktəblərin redaksiya – nəşriyyat strukturları haqqında nümunəvi Əsasnaməyə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali Məktəblərin Nəşriyyat fəaliyyəti barədə normativ hüquq sənədlərin və Universitetin Nizamnaməsinə uyğun olaraq hazırlanmışdır.

NPŞ Universitetin struktur bölmələrindən biridir. Fəaliyyəti Universitetin keyfiyyətli nəşriyyat – poliqrafiya məhsullarına tələbatının ödənilməsinə yönəlmişdir. Nəşriyyat – poliqrafıya şöbəsi Universitet daxili istifadə üçün nəşriyyat fəaliyyəti üzrə normativ və informasiya xarakterli materialların, mətbəə işlərinin, universitet üzrə əmr və sərəncamlara uyğun olaraq nəşr işi və elmi əsərlərin çapının yerinə yetirilməsini, Azər¬baycan Kooperasiya Universitetində dövrü mətbuat orqanları olan “Bizim qəzet – Kooperasiya” (aylıq) və “Kooperasiya”elmi-praktiki jurnalın (rüblük) nəşr olunmasını həyata keçirir. NPŞ-nin Elmi şuranın qərarına əsasən rektorun əmri ilə yaradılır. Ədəbiyyat, dərslik, proqram, metodik vəsait və s. üzrə universitetin fakültə, kafedra, kitabxana və digər struktur bölmələri ilə iş birliyi aparır. Universitetin “Nizamnaməsi”nə uyğun olaraq NPŞ əlavə fəaliyyət növlərini (poliqrafiya xidməti, tirajartırma, cildləmə və s.) həyata keçirir. Tələbələrin bədii yaradıcılığının, ilk qələm nümunələrinin çapa hazırlanmasına yaxından köməklik göstərir.