7 mart 2019-cu il tarixində Azərbaycan Kooperasiya Universitetində Macarıstan Respublikasının ölkəmizdəki səfirinin mədəniyyət üzrə müvani Mixail Gruber və Macarıstanın PEC Universitetinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Peter Arvainin iştirakı ilə Azərbaycan Kooperasiya Universiteti ilə PEC Universiteti arasında qarşılıqlı ikitərəfli əlaqələrin yaradılması, Avropanın Erasmus mübadilə proqramı çərçivəsində əməkdaşlığın həyata keçirilməsi məqsədilə görüş keçirilib.
Qonaqları Azərbaycan Kooperasiya Universitetinin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev salamlayaraq onlara universitet haqqında ətraflı məlumat verdi. F.Quliyev bildirdi ki, bu gün universitetimiz Avropanın, eyni zamanda Macarıstanın bir çox universitetləri ilə qarşılıqlı əlaqələr yaratmaqda çox maraqlıdır. Universitetimiz bu gün Erasmus və Mövlanə mübadilə proqramları çərçivəsində Avropa və Türkiyənin universitetlərilə əlaqlər yaradır. Məhz, universitetlərlə ayrılıqda ikitərəfli müqavilələrin imzalanması, tələbə-müəllim, təcrübə mübadilələrinin həyata keçirilməsi universitet olaraq bizim prioritetimizdir.
Sonda PEC Universitetinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Peter Arvai təmsil etdiyi ali təhsil müəssisəsinin geniş təqdimatını keçirdi. Müəllimlərin və tələbələrin sualları cavablandırıldı.