Qiyabi şöbə
Şöbə müdiri
Xanoğlan Əndəlif oğlu Hüseynov – Azərbaycan Kooperasiya Universitetində Qiyabi şöbənin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent
Hüseynov Xanoğlan Əndəlif oğlu, 1948-ci ildə Ağdaş rayonunda anadan olmuşdur.
1967-ci ildə orta məktəbi bitirdikdən sonra həmin il D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutuna (indiki ADİU) daxil olaraq 1971-ci ildə həmin institutu Maliyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş və Fakültə Elmi Şurasının qərarı ilə institutun Maliyyə və kredit kafedrasında assistent vəzifəsində saxlanmışdır.
1975-ci ildən Moskva Kooperativ İnstitutunun Bakı filialında, sonralar Azərbaycan Kooperasiya Universitetində laborant kabinə müdiri, baş müəllim, dosent, kafedra müdiri və dekan vəzifələrində işləmişdir.
2015-ci ildən Qiyabi şöbənin müdiri işləyir.
Bir çox elmi məqalələrin, proqram və metodiki göstərişlərin, dərslik və dərs vəsaitlərinin müəllifidir.
Ixtisas kodu
050403 – “Maliyyə”
050404 – “İqtisadiyyat”
050401 – “Dünya iqtisadiyyatı”
050402 – “Mühasibat”
050411 – “Kommersiya”
050409 – “Biznesin idarə edilməsi”
050643 – “Çox işlənən malların texnologiyası mühəndisliyi”
050644 – “İstehlak mallarının ekspertizası və marketinqi”
050405 – “Sənayenin təşkili və idarə olunması”
050407 – “Marketinq”
050408 – “Menecment”
050635 – “Qida mühəndisliyi”
050620 – “Komputer mühəndisliyi”
050707 – “Şərabçılıq”
050810 – “Turizm işinin təşkili”
050809 – “Turizm və bələdçilik”
050404 – “Dövlət və bələdçilik”
050807 – “Sosial iş”
050504 – “Ekologiya”
050810 – “Turizm və otelçilik”
İxtisaslaşmaların aiq olduqları Kafedralar
Qiyabi şöbədə Universitetimizin 21 kafedrasının hamısı dərs tədris edir.
Ünvan
Ünvan: I mərtəbə