Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzi tərəfindən qiymətli kağızlar bazarı haqqında maarifləndirici seminar keçirilib.
Kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri, Bakı Fond Birjasında ticarətin təşkili mövzularında keçirilən tədbirdə universitetin Maliyyə, İqtisadiyyat və Mühasibat uçotu və sənayenin təşkili fakültəsinin yuxarı kurs tələbələri iştirak edib.
Seminar iştirakçıları və qonaqları universitetin Maliyyə fakültəsinin dekanı Səbinə Vəliyeva salamlayaraq tədbirin mahiyyəti haqqında məlumat verib.
Sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının Kapital bazarına və digər maliyyə vasitələrinə nəzarət departamentinin əməkdaşı Tural Eyvazl, Bakı Fond Birjasının Ticarət və üzvlük qrupunun əməkdaşı Urfan İbrahimov və Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının əməkdaşı Əli Hüseynli təqdimatla çıxış ediblər.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.