Riyaziyyat kafedrası



Rəşid Cabbar oğlu Qasımov – Azərbaycan Kooperasiya Universitetinin Riyaziyyat kafedrasının müdiri, fizika – riyaziyyat elmləri namizədi, dosent. Qasımov Rəşid Cabbar oğlu 1950-ci ildə Tovuz şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1971-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülmüş, 1975-ci ildə sonuncu universiteti bitirmişdir. 1975- ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında əmək fəaliyyətinə başlamış, 1978-1981-ci illərdə Moskva Fizika – Texnika İnstitunda aspiranturaya daxil olmuş, orada namizədlik dissertasiyası hazırlamış və müdafiə etmişdir. 1982-ci ildə fizika- riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1989-cu ildə baş elmi işci elmi adını daşıyır.
1982 – 1989-cu illərdə AMEA-da baş elmi işçi vəzifəsində çalışmışdır. 1989 – 1991-ci illərdə Sumqayıt Ali Texniki Müəssisəsində (indiki Sumqayıt Dövlət Universitetində) baş müəllim vəzifəsində işləmiş, 1991-ci ildən isə indiki Azərbaycan Kooperasiya Universitetinə baş müəllim vəsifəsinə keçmişdir. Elə həmin vaxtdan bu ali məktəbdə çalışır. 1995 – ci ildən dosent vəzifəsində işləyir.
R.C.Qasımov 2008 – ci ildən “Riyaziyyat” kafedrasının müdiri vəzifəsinə seçilmiş və 2013 – cü və 2022 – ci illərdə həmin vəzifəyə yenidən seçilmişdir.
R.C.Qasımov 90 dən çox elmi məqalənin, 5 dərs vəsaitinin, çoxsaylı proqramın müəllifidir. Onun məqalələri keçmiş SSRİ məkanında, xarici dövri elmi mətbuatda çap edilmişdir. R.C.Qasımov Azərbaycan Respublikası Tələbə qəbulu üzrə Dövlət Komissiyasında (2003-cü ildən) 20 –ilə qədər əməkdaşlıq edir. Bu qurumda apardığı işlərə görə 2012 –ci ildə TQDK –nın 20 –illik və 2018-ci ildə 25–illik Yubileyi münasibəti ilə həmin qurumun “Fəxri fərmanı” ilə təltif edilmişdir.
Ailəlidir, iki qızı və beş nəvəsi var.

Kafedra 2003  cü ildən ümumtexniki fənlər kafedrasının tərkibindən ayrılaraq müstəqil fəaliyyət göstərməyə başlamışdır. Hazırda kafedrada iki professor, üç dosent və dörd baş müəllim işləyir. Onlardan biri elmlər doktoru, beşi elmlər namizədidir. Kafedranın müəllimləri Təhsil Nazirliyinin təklif etdiyi Standart əsasında bütün ixtisasları əhatə edən proqramlar tərtib edib, ElmiMetodik şuranın qərarı ilə çap etdilmişdir. Həmin proqramlar əsasında kafedra müəllimləri tərəfindən altı dərs vəsaiti yazılıb çap etdirilmişdir. Onlardan üçü Təhsil Nazirliyinin qrifi ilə nəşr edilmişdir. Kafedranın əməkdaşları riyaziyyat, mexanika və nəzəri fizikanın müxtəlif sahələrində elmi tədqiqat işləri yerinə yetirmiş, öz sahələrində tanınmış mütəxəssislərdirlər. Bu sahələr aşağıdakılardır:

Xüsusi törəməli xətti inteqro diferensial tənliklər sisreminin həlli.
İkinci tərtib elliptik tip bircins tənliklərin azalan elementar həllərinin minimallığı.
İkinci tərtib elliptiko parabolik tənliklər üçün model operatorun qiymətləndirilməsi.
Elastik membranda zərbə zamanı yaranan gərginliyin tədqiqatı.
Relyativistik ikiölçülü harmanik ossilyatorun dinamik simmetriya qrupu.
Nanozərrəciklərin EPR metodu ilə öyrənilməsi.

Kafedra əməkdaşlarının aldığı elmi nəticələr həm tədris prosesində, həm də bir çox praktiki məsələlərin həllində, o cümlədən ekoloji problemlərin həllində istifadə oluna bilər.


F.r.e.n., dos. Qasımov Rəşid Cabbar oğlu (kafedra müdiri)
F.r.f.d., dos. Quliyeva Fatimə Ağayar qızı
F.r.e.n., prof. Şərifov Yaqub Əmican oğlu
F.r.e.n., dos. Qarayev Polad Murtuzəli oğlu
F.r.e.n., dos. Balayev Mehdi Qədim oğlu
b/m Həsənov Əvəz Məhəmməd oğlu
b/m Əfəndiyev Məqsəd Yusif oğlu
müəllim Nəbiyeva Aytac Əmiraslan qızı


Riyaziyyat
Riyaziyyat – 1
Riyaziyyat – 2
Riyazi analiz
Riyazi məntiq
Ali riyaziyyat
Tətbiqi riyaziyyat
Biznes riyaziyyatı
Diferensial tənliklər
Diskret riyaziyyat
Xətti cəbr və riyazi analiz
Xətti cəbr və analitik həndəsə
İdarəetmədə riyazi üsullar
Sosial işdə riyazi metodlar
Ehtimal nəzəriyyəsi və riyazi statistika