Azərbaycan Kooperasiya Universitetində Standartlaşdırma və Texnologiya kafedrası "Sənaye nümunəsinin patent qabiliyyəti şərtlərinin tətbiqi" mövzusunda seminar keçirib
Azərbaycan Kooperasiya Universitetinin Standartlaşdırma və texnologiya kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın dosenti İlham Seyidəliyev “Sənaye nümunəsinin patent qabiliyyəti şərtlərinin tətbiqi” mövzusunda geniş çıxış edib.