Bu gün Azərbaycan Kooperasiya Universitetində Ümummilli lider Heydər Əliyevə həsr olunan “Ulu Öndər” sənədli filmi nümayiş olunub.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən filmin nümayişindən öncə universitetin Mətbuat və ictimai işlər xidmətinin rəhbəri Tamerlan Əkbərov bildirib ki, tədbir Prezident cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə təşkil olunub.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Hüseyn Babayev tələbələrə Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanda gənclər siyasətinin banisi kimi daim gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib.
Çıxışlardan sonra tələbələr “Ulu öndər” sənədli filmini izləyiblər.