Sosial Elmlər kafedrası
Kafedra müdiri
Gülnarə İbrahim qızı Qurbanova – Azərbaycan Kooperasiya Universitetinin Sosial elmlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
1962-ci il 16 iyul tarixdə Bakı şəhərində anadan olub.13 saylı məktəbdə orta təhsil alıb. 1979-1983-cü illərdə Azərbayaycan Pedaqoji İnstitutunda ( hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya ixtisası üzrə ali təhsil alıb.1985-ci ildən pedaqoji fəaliyyətə başlayıb. 2014-cü ildə “Türk dillərində əvəzliklər və onlıarın mətn yaranmasında rolu” mövzusunda elmi işini müdafiə etmişdir. 2016-cı ildə dosent vəzifəsi AAK tərəfindən təsdiq edilmişdir.
2014-cü ildə Universitet rəhbərliyinin təqdimatı ilə “Tərəqqi” medalına layiq görülüb. Azərbaycan Kooperasiya Universitetinin “”Bizim qəzet” aylıq ictimai-siyasi qəzetinin baş redaktoru, monoqrafiya, dərs vəsaiti və onlarla proqramın müəllifidir.Respublika mətbuatında mütəmadi olaraq məqalələrilə çıxış edir.
Ailəlidir, 2 övladı var.
Kafedra Haqqında
Azərbaycan Kooperasiya Universitetinin “Sosial elmlər” kafedrası 4 oktyabr 2021 -ci il 228 nomrəli əmrlə “Fəlsəfə və psixologiya” kafedrasının əsasında yaradılıb və hazırda fəaliyyət göstərir.
Kafedranın potensialı – ştatda olan professor – müəllim heyəti – 14 nəfər, onlardan 1 professor, 7 dosent, 4 baş müəllim, 2 müəllim, 1 baş laborant.
“Sosial elmlər” kafedrasında Azərbaycan və rus dillərində sosial iş ixtisası üzrə fənlər tədris edilir.
Kafedranın təhsilin bakalavr pilləsində kadr hazırlığı apardığı ixtisaslar:
050813 -“Sosial iş”
050203- “Tərcümə”
050209 -“Psixologiya”
050108-“Təhsildə sosial -psixoloji xidmət”
Kafedranın təhsilin magistr pilləsində kadr hazırlığı apardığı ixtisaslar:
060805-“Əhalinin əmək və həyat fəaliyyətinin yaxşılaşdırılması”
060805-“Əhalinin sosial müdafiəsi”
Kafedrada hazırlanmış dərslik və dərs vəsaitləri:
“Sosial Təminat: Liberal və Dirijist iqtisadi sistemlərdə” R.S.Abdullayeva (2018)
“Müasir dövrdə təhsilin socialmədəni problemləri” M.H.Nəzərov (2018)
“Mədəniyyət və təhsilin Ümumi əsasları” M.H.Nəzərov (2016)
“Pedaqoji texnalogiyalar ” M.H.Nəzərov (2020)
“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi ( XIX-XX əsrlər)” F.Q.Ələkbərov (2020)
“Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və tanrıçılıq” F.Q.Ələkbərov (2021)
Kafedranın elmi tədqiqat işləri:
Kafedranın müəllimləri tərəfindən hazırlanan monoqrafiya, məqalə, tezis, konfrans materialları, dərslik və dərs vəsaitləri Respublikada və xarici mətbuatda nəşr olunur. Kafedranın müəllimi dosent Müslüm Nəzərovun “Pedaqoji texnologiyalar”, “Pedaqoji məntiq” (A.Həsənovla həmmüəllif), “Mədəniyyət və təhsilin ümumi əsasları” (A.Babayeva ilə həmmüəllif) , “Təhsil fəlsəfəsi ” dərs vəsaitləri, “Təhsilin sosiomədəni əsasları”, “Müasir dövrdə təhsilin sosiomədəni əsasları” monoqrafiyaları müəllifin yaradıcılıq axtarışlarının məhsuludur. M.Nəzərovun elmi araşdırmalar və yüksək səviyyədə aparılan tədqiqat işləri, aktual mövzularda olan dərslik və vəsaitləri Avropanın bir neçə ölkəsində nəşr olunaraq beynəlxalq aləmdə tanınır. Avropanın 10-dan çox ölkəsində nəşr olunan “Socio-cultural problems of education in the modern period ” dərsliyinə görə kafedranın müəllimi dosent Müslüm Nəzərov “Qızıl medal”la təltif edilmişdir. Dosent M.Nəzərov dərsliklər və dərs vəsaitləri, onlarla məqalə və proqramların müəllifidir.
Professor Rəsmiyyə Abdullayevanın ”Qarabağda innovativ iqtisadiyyat quruculuğu məqaləsi “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” adlı beynəlxalq konfransın materiallarında və “Rəqəmsallaşmanın sosial faydaları” məqaləsi isə ” Sosial elmlərin müasir problemləri” jurnalında (SCOPUS, Türkiyə-Malta) nəşr olunmuşdur.
Professor R.Abdullayevanın “Azərbaycanda sosial sahibkarlığın inkişafı” kitabı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Təhsil, elm, tədqiqat və dəstək” layihələrinin maliyyələşdirilməsi üzrə qrant müsabiqəsi çərçivəsində hazırlanmışdır. Kitab son illərdə dünyada sürətlə inkişaf etməkdə olan sosial sahibkarlığın tədqiqinə həsr olunmuşdur. Kitabda dünyada və Azərbaycanda sosial sahibkarlığın mövcud vəziyyəti müqayisəli şəkildə təhlil edilmiş, ölkəmizdə sosial sahibkarlığın təşkilati-hüquqi əsaslarının təkmilləşdirilməsi, habelə bu sahənin inkişaf istiqamətləri müəyyənləşdirilmişdir. Bu kitab iqtisadçılarla yanaşı, sosial-iqtisadi siyasət sahəsində qərar qəbul edənlər üçün də maraqlı və faydalı hesab edilir.
Professor R.Abdullayevanın “Sosial təminat: liberal və dirijist iqtisadi sistemlərdə” adlı monoqrafiyada sosial təminat siteminin nəzəri əsasları, sosial təminat sisteminin dövlət tənzimləməsi istiqamətləri verilmişdir. Liberal və dirijist sisitemlərdə sosial təminat sistemləri ətraflı təhlil olunmuşdur. İlk dəfə olaraq sosial təminat sisteminin liberallığı-dirijistliyi səviyyəsi ölçülmüşdür. Azərbaycanda sosial təminat sisteminin tənzimlənməsi istiqamətləri göstərilmişdir. Kitab elmi işçilər, ali məktəb müəllimləri, tələbələr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kafedranın müəllimi dosent Faiq Ələkbərovu “Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi ” üçcildliyin müəllifidir. 2021-ci ildə F.Ələkbərovun ”Cəlil Məmmədquluzadənin dünyagörüşündə millət, din və müasirləşmə məsələləri” adlı məqaləsi Əmək və Sosial Münasibətlər Akademiyasının Elmi-praktik jurnalında nəşr olunmuşdur. Müəllifin ”Abdulla Şaiqin sosial-fəlsəfi və ictimai-siyasi görüşləri ” adlı məqaləsi isə “Dövlət və din” İctimai fikir toplusunda çap edilmişdir. F.Ələkbərovun ”Azərbaycan Türk fəlsəfə tarixinin elmi əsərlərdə və tədrisdə inikası” məqaləsi “Müasir fəlsəfənin tədrisi: metodologiya, nəzəriyyə və praktika ”jurnalında nəşr olunub.
F.Ələkbərovun 2022-ci ildə nəşr olunan “Məmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşləri: milli həmrəylik və azərbaycançılıq” monoqrafiyası, 2022-ci ildə Millət vəkili Qənirə Paşayeva ilə yazdığı silsilə monoqrafiyalar – “Qarabağdan doğan günəş və ay: Xurşidbanu Natəvan, Fatma xanım Kəminə”, “Bir vətəndən bir vətənə: Almas Yıldırım”, ”Türk ruhunun söz bayrağı: Əhməd Cavad” qardaş Türkiyədə və Özbəkistanda nəşr olunaraq geniş oxucu kütləsinə təqdim edilmişdir.
Professor-müəllim heyəti
dos. Qurbanova Gülnarə İbrahim qızı (kafedra müdiri)
prof.Abdullayeva Rəsmiyyə Sabir qızı
dos.Nəzərov Müslüm Hətəm oğlu
dos.Məmmədova Sədaqət Kamal qızı
dos.Ələkbərov Faiq Qəzənfər oğlu
dos.Həsənli Elşad Ağahüseyn oğlu
dos. Əliyeva Firuzə Nuru qızı
dos.Gözəlova Solmaz Muxtar qızı
b/m Bərxudarov Burzu Bərxudar oğlu
b/m Ağayeva Mədinə Əlişirvan qızı
b/m Niftalıyev Telman Əlimusa oğlu
b/m Mehdiyeva Nüşabə Zahir qızı
Məmmədzadə Fəxriyyə Əzulla qızı
Fətəliyeva Rufanə Rizvan qızı
Ağayeva Mədinə Əlişirvan qızı
Tədris olunan əsas fənlər (Bakalavr)
Psixologiya
Sosial işə giriş
Sosial psixologiya
Sosial pedaqogika
Sosial işin nəzəriyyəsi və təcrübəsi
Sosial siyasət
Sosial iş təcrübəsində etik prinsiplər
Saglam davranış nəzəriyyəsi
Sosial-iqtisadi mühitin sosial işə təsiri
Sosial proqramlar və sosial xidmətlər
Psixi sağlamlıq
Keys menecment
Fəlsəfə
Məntiq
Pedaqogika
Azərbaycanda sosial yardım sistemi
Qaçqın və məcburi köçkünlərlə iş
Neyrobiologiya
Gender və cəmiyyət
Fərdlər, qruplar və ailələrlə sosial iş
Sosial işdə tədqiqat metodları
Defektologiya
Sosiologiya
Qloballaşma və beynəlxalq sosial iş
Sosial siyasi təhlil və lobbiçilik
Müasir dövrün sosial problemləri
Təşkilatlar və icmalarla sosial iş
Ahıllarla sosial iş
Uşaqlar, yeniyetmələr və əllilərlə sosial iş
Sosial tərəfdaşlıq
Psixologiyanın əsasları
Uşaq anatomiyası, fiziologiyası və gigiyenası
Mərkəzi sinir siteinin (MSS) anatomiyası və fiziologiyası
Siyasi psixologiya
Ümumi psixologiya-4
Ümumi psixologiya-5
Ümumi psixologiya-6
İnkişaf və yaş psixologiyası
Ünsiyyət psixologiyası
Eksperimentaal psixologiya
Xüsusi psixologiya
Ekstremal şəraitdə psixoloji xidmət
Menecment psixologiyası
Etnopsixologiya
Psixofiziologiya
Klinik psixologiya
Yaradıcılıq psixologiyası
Əməyin psixologiyası
Genderin psixoloji problemləri
Siyasi elmin əsasları
Turist davranışı və psixologiyası
Sosial tədqiqata giriş
Tədris olunan əsas fənlər (Magistratura)
Psixologiya
Ali məktəb pedaqogikası
Əməyin sosiologiyası və psixologiyası
Sosial işin müasir problemləri
Sosial işin tarixi və metodologiyası
Sosial işə giriş
Sosial fəlsəfə
Sosial pedaqogika
Sosial təminatın dövlət tənzimlənməsi
İnsanın sosial mühitdə davranışı
Sosial işin nəzəriyyəsi və təcrübəsi
Sosial işdə gender problemləri