Strategiya


STRATEJİ İNKİŞAF PROQRAMININ MƏQSƏDİ

Əsas məqsəd: Gənclərə Universitetimizdə və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək və qlobal cağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksək ixtisaslı peşəkar mütəxəssis kadrların hazırlanmasından ibarətdir.

Strateji məqsəd-1. Əmək bazarında rəqabətqabiliyyətli, səriştəli, məsuliyyətli, öz peşəsini dərindən bilən, bazar iqtisadiyyatı şəraitində ixtisası üzrə dünya standartları səviyyəsində səmərəli fəsaliyyət göstərməyə və peşə hazırlığı səviyyəsini daim artırmağa qadir olan ixtisaslı mütəxəssis hazırlamaq;

Strateji məqsəd-2. Rəqabətqabiliyyətli və yüksək keyfiyyəti ali təhsil müəssisəsinə çevrilmək, cəmiyyətin prioritet istiqamətləri üzrə bilik, bacarıq və səriştələrə malik peşəkar kasdrlara olan tələbatının təmin edilməsi;

Strateji məqsəd-3. Fundamental iqtisadi, sosial və mühəndis-texnoloji bilikləri birləşdirən elmi tədqiqatçılara nail olmaq; Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin edən yeni sistemin yaradılması;

Strateji məqsəd-4. Məzunları müasir tədqiqatlara əsaslanaraq innovativ təlim-tədris texnologiyalarından istifadə etməklə peşəkar mütəxəssislər kimi formalaşdırmaq;

Strateji məqsəd-5. Yüksək potensiala, tənqidi təfəkkür və analitik zəkaya, müstəqil şəkildə müxtəlif tədqiqatlar aparmaq bacarığına və ən əsası vətənpərvərlik hisslərinə malik işgüzar gənclər-mütəxəssislər yetişdirmək.

Strateji məqsəd-6. Universitetə əcnəbi tələbələri cəlb etmək, tələbə-müəllim mübadiləsi və birgə elmi tədqiqatlar aparmaqla yüksək beynəlxalq əməkdaşlığın genişləndirilməsinə nail olmaq;

Strateji məqsəd-7. Universitetin daha çevik və səmərəli idarəetmə sisteminə nail olmaq;

Strateji məqsəd-8. Təfəkkürün və şəxsiyyətin inkişafına yönəlmiş təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim, qiymətləndirmə metodologiyası və resursların inkişafı;

Strateji məqsəd-9. Müəllim peşəsinin nüfuzunun artırılması məqsədilə dövlət siyasətinin inkişaf mərhələlərinin müəyyənləşdirilməsi;

Strateji məqsəd-10. Təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması.

Strateji məqsəd-11. Təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılması

Strateji məqsəd-12. İstedadlı gənclərin, habelə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənc mütəxəssislərin ölkəmizin və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistratura və doktorantura təhsili almaqla stimullaşdırılması;

Strateji məqsəd-13. Ömür boyu təhsilə tələbatın ödənilməsi üçün kitabxana fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi.

Strateji məqsəd-14.İstedadlı gənclərin müasir səriştələrə yiyələnməsi üçün onlara mümkün şərait yaratmaq və nüfuzlu xarici ölkə ali təhsil müəssisələrindəki təhsil proqramlarına yönəltmək.


MÖVCUD VƏZİYYƏTİN İSTİQAMƏTLƏR ÜZRƏ STRATEJİ TƏHLİLİ

Fəaliyyət istiqamətləri:
Təhsil
AKU iqtisadi, sosial və mühəndis-texnoloji elmlər sahəsində təhsil proqramlarını, elmi layihələri, həm də perspektivli təhsil xidmətlərini yerinə yetirir.
Universitetdə ali təhsil pilləsinin bakalavriat səviyyəsində 22 ixtisas, magistratura səviyyəsində 14 ixtisas, o cümlədən 25 ixtisaslaşma və MBA proqramı üzrə 12 ixtisaslaşmada mütəxəssis hazırlığı aparılır;
Universitetdə tələbə kontingenti 3521 nəfərdir. Onlardan 88 nəfəri bakalavriat, o cümlədən 2556 nəfər əyani, 289 nəfəri magistratura səviyyəsində təhsil alır;
AKU-da kadr hazırlığı ilə ştatda olan 305 nəfər professor-müəllim heyəti məşğuldur ki, onlardan da 156 nəfərin və ya 50 faizdən çoxunun elmi dərəcəsi və ya elmi adı vardır. Elmlər doktoru, professor – 6 nəfər təşkil edir. AKU-da 8 fakültə, 21 kafedra, “Qiyabi”, “Doktorantura” və “Magistratura” şöbələri vardır. Universitetdə ümumi sahəsi 6940 kv.m olan 2 tədris korpusu, yeməkxana, idman meydançası və zalı, tibb məntəqəsi, kitabxana, müasir konfrans və oxu zalı fəaliyyət göstərir. AKU-da ilin tələbəsi, müəllimi, dekanı, kafedra müditi nominasiyası üzrə layihə həyata keçirilir və əlaçı tələbələr təhsil haqqından azad edilməklə onlara təqaüd verilir.
Universitet ali təhsil piulləsinin bakalavriat, magistratura (o cümlədən MBA), doktorantura və əlavə təhsil proqramları, həmçinin orta ixtisas təhsil üzrə təhsil xidmətləri göstərir. Hazırda AKU-da Azərbaycan və rus dillərində əyani və qiyabi təhsilalma formalarında təhsil verilir. “E-universitet” layihəsi əsasında AKU-da tədris prosesi qismən elektronlaşdırılmışdır. Eyni zamanda kifayər qədər İKT vasitələri ilə təmin olunmuş müasir kitabxanaya və oxu zalına malikdir.
Universitetdə nüfuzlu xarici universitetlərlə birgə tələbə mübadilə proqramları həyata keçirilir, eyni zamanda elm, təhsil və istehsalat əlaqələrinin beynəlmiləlləşdirilməsi istiqamətində işlər görülür.
AKU təhsilin keyfiyyətini artırmaq məqsədilə fasiləsiz olaraq, tədris plan və proqramlarının təkmilləşdirilməsi, tədrisdə müasir innovativ texnologiyalardan istifadə və professor-müəllim heyətinin peşə bacarıqlarının artırılmasına xüsusi əhəmiyyət verir.

Elmi–Tədqiqat
AKU-da 2 istiqamətdə elmi-tədqiqat işləri yerinə yetirilir. Universitetin doktoranturasında 4 ixtisas üzrə 24 nəfər fəlsəfə doktoru və 4 nəfər elmlər doktoru proqramları üzrə elmi kadrlar hazırlanır və hər iki proqram üzrə dissertasiya müdafiəsi şurası fəaliyyət göstərir.
Universitetdə elmi tədqiqatlar ixtisas kafedraları və tədris-tədqiqat laboratoriyalarında həyata keçirilir. Universitetin elmi-praktiki “Kooperasiya” jurnalı mövcuddur. Elmi tədqiqatların stimullaşdırılması məqsədilə AKU-da həvəsləndirici əmək haqqı (monoqrafiya, dərslik, dərs vəsaiti hazırlanması) və nüfuzlu jurnallarda məqalə nəşrinə görə mükafatlandırma sistemi tətbiq edilir.
Son illər AKU alimlərinin “Web of Seience”, “Scorus” kimi nüfuzlu elmi bazalara daxil olan nəşrlərdə çap edilən əsərlərinin sayı sürətlə artır.
AKU professor-müəllim heyətinin və gənc tədqiqatçıların elmi-tədqiqat potensialını artırmaq məqsədilə tədqiqat infrastrukturunun yaxşılaşdırılmasına, nüfuzlu nəşrlərdə elmi əsərlərin çapına, elmi-tədqiqat qrant layihələrinin həyata keçirilməsinə, magistratura və doktorantura təhsilinin inkişaf erdirilməsinə və əqli mülkiyyət hüquqlarının qorunmasına böyük önəm verir.

Beynəlxalq əməkdaşlıq
AKU beynəlxalq təhsil və təlim modellərinə əsaslanan, geniş əməkdaşlıq imkanları ilə proqramlar təqdim edən elm və təhsil müəssisəsi kimi, Avropa Universitetlərində Erasmus + mübadilə proqramı çərçivəsində Türkiyə, Almaniya, İspaniya, Ruminiya ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq sayəsində son illər ərzində tələbə mübadiləsi intensivləşmişdir.
AKU dünyanını müxtəlif universitetləri ilə akademik əməkdaşlıq münasibətləri proqramlarını mütəmadi olaraq nəzərdən keçirməyə, tədris və təlim metodologiyasını təkmilləşdirməyə, mübadilə proqramları və ikili diplom layihələri (Erasmus+mübadilə proqramı) vasitəsilə akademik heyətin və tələbələrin beynəlmiləlləşməsinə şərait yaradır.

Sosial xidmət
AKU-da Tələbə Elmi Cəmiyyəti, Tələbə-Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və digər tələbə təşkilatları hər il çoxlu sayda müxtəlif sosial məsuliyyətlilik layihələri həyata keçirirlər. Tədrisdən faydalanmaq istəyən tələbələr peşəkar karyera inkişafında universitet ilə sıx əməkdaşlıq əlaqələri qura bilərlər.

İnkluziv təhsil mərkəzi
Əlilliyi olan tələbələrin cəmiyyətə inteqrasiyası, onlar üçün bərabər təhsil imkanlarının yaradılması məqsədilə vaxtaşırı tədbirlər və layihələr icra edir.

Karyera mərkəzi
●AKU-nun dünya ali təhsil məkanına inteqrasiyası istiqamətində addımlar atmaq, məzunların məlumat bazasını yaratmaq, gənc kadrları işə cəlb etmək.
●Xaricdə təhsil alıb ölkəmizə qayıdan məzunlarla iş birliyinin qurulması.
●Müasir əmək bazarının tələblərini nəzərə alaraq məzunlarla mütəmadi olaraq seminarlar keçirmək, bölgələrdə onlarla görüşlər təşkil etmək, məzunların karyera inkişafı üçün sorğular və işlər görmək.
●Universitetin professor-müəllim heyətinin, tələbələrin bilik və bacarıqlarının artırılması, eyni zamanda onların ixtisasları üzrə biliklərinin təkmilləşdirilməsi istiqamətində təlimlərin təşkili və beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması.
●İş dünyası ilə əlaqələrin gücləndirilməsi və CV, tövsiyə və işgüzar məktubların hazırlanmasına köməkliyin göstərilməsi.

Resurslar

İnsan resursları
Azərbaycanın elm və təhsil sistemində mövcud olan alimlərin xeyli hissəsi AKU-da fəaliyyət göstərir. Son illər onlarla gənc pedaqoji işə və akademik vəzifəyə – (fakültə dekanı, kafedra, şöbə və bölmə müdiri) cəlb edilmişdir. Universitetdə əməkdaşların peşə bacarıqlarının təkmilləşdiriılməsinə xüsusi əhəmiyyət verilir və bu məqsədlə ilboyu müxtəlif seminarlar, təlimlər, qış və yay məktəbləri təşkil edilir.

İnformasiya resursları
AKU-nun “www.aku1964@mail.ru ünvanlı internet səhifəsi mövcuddur. Zəngin informasiya resurslarına malik olan bu səhifədən həm universitetdaxili istifadəçilər, həm də kənar istifadəçilər geniş istifadə edir.
Universitetin tədris korpusu geniş zolaqlı internetlə təmin edilmiş, tətbiq edilən “E-universitet” və “E-sənəd dövriyyəsi” sistemləri bütövlükdə tədris prosesini və sənəd dövriyyəsini əsasən elektronlaşdırmağa imkan vermişdir.

Maliyyə resursları
AKU-nun maliyyə resursları üç əsas mənbədən – Dövlət sifarişli tələbələr üçün dövlətin ödədiyi təhsil haqları, Ödənişli təhsil alan tələbələrin ödədiyi təhsil haqları və Qanunla nəzərdə tutulmuş digər mənbələrdən formalaşır.

İnfrastruktur
AKU-nun Bakı şəhərində yerləşən 2 tədris binası, yeməkxanaları, idman meydançası və zalı, həmçinin müasir konfrans və akt zalları mövcuddur.


STRATEJİ TƏHLİL (SWOT, PESTEL və s.)

AKU-nun strateji inkişaf planı struktur bölmələrin mövcud vəziyyətinə, missiyalarına və əsas prinsiplərinə əsaslanaraq gələcəyə baxış yaradan və bu viziyonu hədəflər və ölçülə bilən göstəricilərlə izləyən bir müddətdir. Bu səbəbdən Unuversitetin perspektiv üçün “Strateji İnkişaf Planı”nı hazırlayan işçi Komissiyası yaradılarkən, bütün strukturların – maraqlı tərəflərin təmsil olunması və bu müddətdə müvafiq mütəxəssislərin təcrübələrindən istifadə olunması təmin edilmişdir. AKU-nun “SİP”-nin hazırlanması prosesində tədris, elm, keyfiyyət təminatı və beynəlxalq əlaqələr, insan resursları və daxili nəzarət, fakültə dekanları, kafedra müdirləri müəllimlərin və tələbələrin həmkarlar təşkilatları, digər şöbə və struktur bölmələri təmsil edən maraqlı tərəflər geniş tərkibdə iştirak etmişlər. Nəticədə, “2021-2025-ci illər üçün AKU-nun Strateji İnkişaf Planı” hazırlanmışdır.
AKU-nun “Strateji təhlil”ində onun fəaliyyətinə təsir edən daxili və xarici mühit amillərinin təhlili və bu təhlildən irəli gələn imkanlar və təhdidlər (təhlükələr) müəyyən edilmişdir. Təhlil prosesində əvvəlcə xarici amillər kimi, iqtisadi şərait, qlobal rəqabət, demoqrafik və texnoloji trendlər və qanunvericilikdə baş verən dəyişikliklər nəzərə alınmışdır. Daxili amil kimi, isə Universitetdə idarəetmə, rəhbərin iş üslubu və mədəniyyəti, resursların mövcudluğu, struktur, texniki və məlumat sistemləri (bazaları), əməkdaşların potensialı və s. kimi amillər əsas götürülmüşdür.
Araşdırmalar əvvəlcə universitetin əsaslı təhlil üçün aparılan mövcud ümumi vəziyyətini açıqlamaqla başlamışdır. Təhlil zamanı strateji planlaşmaya universitetin institusional tarixi, 2015-2020-ci illər üçün strateji planın qiymətləndirilməsi, qanunvericiliklə bağlı sənədlərin öyrənilməsi, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, maraqlı tərəf komponenti, ali təhsil sektounun təhlili – SWOT, PEST – təhlil daxil edilmişdir.

GZİT (SWOT) Təhlili.


PEST (PESTEL) TƏHLİLİ

PEST (PESTEL) Təhlili. Bu təhlil AKU-nun strategiyasının qurulmasına təsir göstərən xarici amilləri əhatə edir.

Siyasi
●Təhsil qanunvericiliyi və siyasətində mümkün dəyişikliklər;
●İctimai-siyasi proseslərin xarici tələbələrin axınına təsiri;
●Ali tıhsil müəssisələrinin qarşısına qoyulan tələblərin dəyişməsi;
●Pedaqoji və elmi fəaliyyətə dair tələblərin dəyişilməsi.

İqtisadi
●Ölkədə II Qarabağ müharibəsi və Pandemiyanın (COVİD-19) təhsilə mənfi təsiri;
●Resursların dəyərinin dəyişməsi;məs. əməkhaqqı, xidmətlər, təchizat
●Tələbə sayında dəyişikliklər;
●İqtisadi inkişaf nəticəsində əmək bazarının artan tələbi;

Sosial
●Əhali arasında yaşlı insanların sayının artması;
●Səhiyyə və sosial sahədə yeni tələblərin yaranması;
●Cəmiyyyətdə ali təhsilə marağın artması;
●Tendensiyaların dəyişmə sürəti;
● Dövlətin pensiya və digər sosial xərclərə tələbatının artması;
●Universitetin reputasiyasının azalma ehtimalı;
●Cəmiyyətin artan hərəkətliliyi və müxtəlifliyi;
●İxtisaslaşmış işçilərin iş yerini dəyişməsi;
●Demoqrafik dəyişikliklər;
●Məlumatın əlçatan olması/ informasiya axını;
●Sosial və mədəni tendensiyalar;

Texnoloji
●Geniş ünsiyyət imkanları və sosial şəbəkə gələcəyi və müasir tələbləri müəyyən edir;
●Təhsildə alternativ tədris formalarına keçid;
●Kibertəhlükəsizlik;
●Texniki avadanlıq və proqramların yenilənmə tezliyi;
●Texnoloji yeniliklərə professor-müəllim və texniki heyətin adaptasiyası;


STRATEJİ İNKİŞAF PRİNSİPLƏRİ (DƏYƏRLƏR)

AKU-nun əsas dəyərləri
Dünya təhsil sisteminə uyğun olaraq demokratiyaya, insanların bərabər dəyərinə, insan hüquq və azadlıqlarına, azad və açıq müzakirələrə əsaslanır.

İnteqrasiya
Tədrisin keyfiyyətini artırmaq və beynəlxalq təcrübədən yararlanmaq məqsədilə xarici universitetlərlə əlaqələri genişləndirmək, dünya universitetləri ilə ikili və çoxtərəfli layihələrə qoşulmaq, akademik mobilliyə imkan yaratmaq.

İctimai etimad
Dünyada mövcud olan elmi, nəzəri və fundamental bilik bazalarından akademik etikaya riayət etməklə və müəllif hüquqlqrını qorumaq şərtilə faydalanmaq.

İnnovativlik
Müasir cəmiyyətin ehtiyac və tələbatına uyğunlaşmaq məqsədilə tədris prosesini innovasiyalarla zənginləşdirmək, informasiya texnologiyalarından geniş istifadə etmək, mediada baş verən yeniliklərdən xəbərdar olmaq və informasiya savadlılığını artırmaq.

Yaradıcılıq
Tənqidi təfəkkür, tənqidi düşüncə və müstəqil fəaliyyəti qiymətləndirmək.

Çeviklik
Şəraitə uyğyn olaraq müxtəlif metod və üsullardan istifadə etmək, yaranmış problemləri dərhal aradan qaldıraraq, təhsilin davamlılığını qorumaq və inkişaf etdirmək.


STRATEJİ İNKİŞAF İSTİQAMƏTLƏRİ (HƏDƏFLƏR)

Strateji hədəf – 1. AKU-nun Azərbaycanın aparıcı universitetlərindən biri kimi mövqeyinin möhkəmləndirilməsi.
Strateji fəaliyyətlər:
●Daxili keyfiyyət təminatı sistemi üzrə təhsil proqramlarının mütəmadi olaraq monitorinq əsasında, güclü və zəif tərəflərin aşkar edilməsi, risklərin ölçülməsi, eləcə də inkişaf iqtiqamətlərinin proqnozlaşdırılması;
●Fənn proqramları və sillabusların tələbəyönümlülük istiqamətində təkmilləşdirilməsi;
●Beynəlxalq nümunələr əsasında seçmə fənlərin təyin olunması və seçilmə mexanizminin təkmilləşdirilməsi;
●Tədris planlarının hazırlanmasında kafedraların rolunun artırılması;
●Orta məktəblərlə əlaqələri genişləndirmək, universitetə yüksək intellektə malik abituriyentlərin cəlb olunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
●Tələbələrə zəruri bilik və bacarıqları (xarici dil bacarığı, analitik və empirik təhlil bacarığı, tənqidi təfəkkür və problemlərin həlli istiqamətində düşünmə, yüksək akademik yazı qabiliyyəti, İKT-dan istifadə bacarığı, liderlik və komandada işləmə bacarığı) aşılamaq məqsədilə keçirilən tədbirlərə dəstək verilməsi;
●Təhsil proqramları və Elmi tədqiqatların həyata keçirilməsi üçün tədris-tədqiqat laboratoriyanın və kafedraların maddi-texniki bazasının yaxşılaşdırılması;

Strateji hədəf – 2. Tədrisin müasir dövrün tələblərinə uyğunlaşdırılması və beynəlmiləlləşdirilməsinin təmin edilməsi.
2.1. Strateji fəaliyyətlər.
●İkili diplom layihələri üzrə işi davam etdirmək;
●Erasmus+ layihəsi çərçivəsində tərəfdaş universitetlərin sayının artırılması;
●Hər müəllimə düşən tələbə sayının beynəlxalq standartlara (1/16 nisbətinə) endirilməsi;
●Avropa birliyinin layihələrində daha fəal iştirakın təmin olunması;
●AKU-nin tədris profilinə uyğun xarici universitetlərlə əlaqələrinin inkişaf etdirilməsi;
● Əcnəbi tələbələrin təhsilə cəlb edilməsinə nail olunması, onların ölkə ilə tanışlıq proqramının hazırlanması və onlar üçün yataqxana imkanlarının genişləndirilməsi;
●Müəllimlərin aktiv dərs yüklərinin azaldılması;

Strateji hədəf – 3. Elmi fəaliyyətin artırılması
3.1. Strateji fəaliyyətlər.
●Professor-müəllim heyətinin elmi əsərlərinin nüfuzlu xarici jurnallarda çap olunmasını təşviq edən mexanizmin hazırlanması;
●Elmi işlərin təşviqi mexanizminin hazırlanması;
●Müasir magistratura təhsil proqramları əsasında tədris planlarının hazırlanması, onların dünya və qabaqcıl təcrübəyə uyğunlaşdırılması, magistrant və doktorantların universitetdəki elmi tədqiqarlara cəlb olunması;
●Elm sahəsində qrant proqramlarının hazırlanması, professor-müəllim heyətinin qrant layihələri çərçivəsində müxtəlif ölkələrdə təlimlərdə iştirakının dəstəklənməsi;
●Xarici universitetlərlə birgə beynəlxalq elmi konfrans və digər tədbirlərin təşkili və keçirilməsi;
●Elmi tədqiqat və tədris-metodiki işlərin çap edilməsinə universitetin dəstək verməsi;
●Müəllif hüquqlarının qorunması və plagiat halları ilə mübarizənin davam etdirilməsi;

Strateji hədəf – 4. Tədris prosesini təhsilalanlarda zəruri bilik və bacarıqları formalaşdırmağa imkan verəcək səviyyədə daim təkmilləşdirmək.
4.1. Strateji fəaliyyətlər.
●Tədris planlarında ixtisas üzrə seçmə fənlərinin sayının artırılması;
●Bütün ixtisaslar üzrə fənlərin daha effektiv və səmərəli şəkildə keçirilməsinin təmin edilməsi;
●Yeni qəbul olunmuş tələbələrin universitetə uyğunlaşdırılmasını təmin etmək;
●Tələbələrin akademik yazı və danışıq bacarıqlarının inkişaf etdirilməsi;
●Xarici dil tədrisinin mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılması;
●Tələbələrin beynəlxalq mübadilə proqramlarına cəlbinin genişləndirilməsi;
●Tələbələrin müasir komputer proqram-paketlərindən istifadə bacarıqlarının yüksəldilməsi;
●İnnovativ təlim metodlarından istifadənin genişləndirilməsi;
●Tələbələrin təcrübələrinin təşkilinin təkmilləşdirilməsi;
●Tədrisin informasiya təminatının yaxşılaşdırılması, xüsusilə Azərbaycan dilində tədris resurslarının inkişaf etdirilməsi;
Strateji hədəf – 5. Sosial rifah və məzunların karyera imkanları
5.1. Strateji fəaliyyətlər.
●Universitetdə fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətinin, Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar Təşkilatının müxtəlif sosial layihələrə cəlb edilməsi;
●Tələbələrin sosial layihələrinin sayının və çeşidliliyinin artırılması;
●İnklüziv təhsil ilə bağlı əlilliyi olan tələbələrin cəmiyyətə inteqrasiyası, onlar üçün bərabər təhsil imkanlarının yaradılması məqsədilə vaxtaşırı tədbirlər və layihələrin icra edilməsi;
●Ayrı-ayrı sosial problemlərlə bağlı QHT-lərlə əməkdaşlıq çərçivəsində marifləndirmə tədbirlərinin aparılması;
●Məzunlarla əlaqə mexanizminin təkmilləşdirilməsi /Karyera mərkəzi/ Universitet məzunları üçün iş imkanları;

Strateji hədəf – 6. Universitetin idarəetmə sisteminin təkmilləşdirilməsi
6.1. Strateji fəaliyyətlər.
●Kağızsız elektron formada sənəd dövriyyəsinə keçidin təmini;
●Təhsilin stimullaşdırılması;
●Professor-müəllim heyətinin təlim ehtiyaclarının müəyyənləşdirilməsi sisteminin işlənib hazırlanması və tətbiq edilməsi;
●Fakültə, kafedra, şöbə və digər struktur bölmələrin dövrün tələblərinə uyğun müasir və optimal iş şəraiti strukturunun yaradılması;
●Elmi-tədqiqat və təhsil sahəsində əhəmiyyətli uğurlar əldə etmiş tələbələrin və müəllimlərin mükafatlandırılması mexanizminin işlənməsi və həyata keçirilməsi (motivasiya mexanizmi);
● Professor-müəllim heyətinin təlim ehtiyaclarının müəyyənləşdirilməsi sisteminin işlənib hazırlanması və tətbiq edilməsi;
●Fakültə, kafedra, şöbə və digər struktur bölmələrin dövrün tələblərinə uyğun müasir və optimal iş şəraiti strukturunun yaradılması;
●Elmi-tədqiqat və təhsil sahəsində əhəmiyyətli uğurlar əldə etmiş tələbələrin və müəllimlərin mükafatlandırılması mexanizminin işlənməsi və həyata keçirilməsi (motivasiya mexanizmi);
● Professor-müəllim və tədris-köməkçi heyətini ixtisasartırmaya (ölkədaxili və xarici universitetlərdə) cəlb edilməsinin müasir İKT tələblərinə uyğun təşkili;
Strateji hədəf – 7. Rəqəmsallaşma və maddi-texniki bazasının müasirləşdirilməsi.
7.1. Strateji fəaliyyətlər.
●Elektron universitetin fəaliyyət konsepsiyasının işlənməsi və həyata keçirilməsi;
●Tədris prosesinin effektiv idarə edilməsi üçün Universitetin tələbə elektron məlumat bazasının yaradılması;
●Təhsilverənlərin /təhsilalanların/ şəxsi kabinetlərinin yaradılması;
●Universitetdə təhsilalanların sayını nəzərə alaraq komputerlərin, interaktiv lövhələrlə təmin olunmuş auditoriyaların sayının artırılması, audio materiallarla təmin olunmuş otaqların yaradılması;
●Veb səhifənin təkmilləşdirilməsi və veb-səhifədə təhsilalanlara lazım ola biləcək məlumatların (sillabus, dərs cədvəli, tədris proqramı, və s.) yerləşdirilməsi;
●Kitabxana fondunun yeniləşdirilməsi, elektron kitabxananın inkişaf etdirilməsi və onun müasir kitabxana-informasiya-resurs mərkəzinə çevrilməsi;
●Tələbələr üçün komputer zonalarının sayının artırılması;
●İnformasiya texnologiyalarından, eləcə də internetdən istifadə imkanlarının genişləndirilməsi.
Strateji hədəf – 8. Universitetdə şəffaf və obyektiv təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, yeniliyin və müasirliyin təmin edilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi.
Strateji hədəf – 9. Pandemiya dövründə özünü təsdiq etmiş distant təhsil texnologiyalarının daha da inkişafına nail olmaq.
Strateji hədəf – 10. Universitetdə ictimai-idarəetmə strukturlarının yaradılması.
Strateji hədəf – 11. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün müasir stimullaşdırılma metodlarından istifadə.
Strateji hədəf – 12. Universitet üçün əlavə tədris-yataqxana korpusunun layihəsinin hazırlanması.
Strateji hədəf – 13. Universitetdə elektron kitabxana şəbəkəsinin yaradılmasına hazırlıq.
Strateji hədəf – 14. Universitetdə hər təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminin həyata keçirilməsi.


FƏALİYYƏTİN İCRASININ MONİTORİNQİ VƏ HESABATLILIĞI

Maliyyələşmə
AKU-nun nəzərdə tutulan strateji inkişaf strategiyası özünün daxili maliyyə vəsaiti imkanları, əldə edə biləcəyi gözlənilən qrantlar və sponsorların maliyyə dəstəyi ilə həyata keçiriləcəkdir.

Monitorinq və qiymətləndirmə
AKU-nun “Keyfiyyəti təminatı” şöbəsi Universitetin strateji inkişaf planının həyata keçirilməsinə nəzarət məqsədilə tədbirlər planı hazırlayacaq və artıq 2021-ci ildən etibarən, fasiləsiz olaraq AKU-nun “Strateji İnkişaf Planı”nda qeyd olunan hədəflərə nə qədər nail olunduğunun monitorinq və qiymətləndirilməsini həyata keçirəcək, yaranan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görəcək və müvafiq strukturlara hesabat verəcəkdir.