Fikrət Vəli oğlu Quliyev
Həyatı
23.11.1968-ci ildə Ağcabədi rayonunda anadan olumuşdur. 1985-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək Azərbaycan Texnologiya İnstitutuna (indiki Azərbaycan Texnologiya Universiteti, Gəncə şəhəri) daxil olub və 1993-cü ildə İctimai iaşənin təşkili və texnologiyası ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək təyinatla Azərbaycan Kooperasiya İnstitutuna (indiki Azərbaycan Kooperasiya Universiteti, Bakı şəhəri) göndərilib.
Fəaliyyəti
1986-1988-ci illərdə Moskva Vilayətinin Noqinsk şəhərində hərbi xidmətdə olub. 1993-cü ildən əmək fəaliyyətinə başlayaraq Kooperasiya İnstitutunda əvvəlcə laboratoriya müdiri, müəllim, baş müəllim və dekan müavini vəzifələrində çalışıb. 2000-ci ildən 2006-cı ilədək ETKTİ VƏ Tİ-nun dissertantı olub. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində İxtisaslaşdırılmış Dissertasiya Şurasında Ərzaq bazarının tənzimlənməsinin prioritet istiqamətləri mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 2008-ci ildən 01 sentyabr 2014-cü ilədək Azərbaycan Kooperasiya Universitetində Marketinq və menecment fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 01 sentyabr 2014-cü il tarixdən Azəriittifaqın İdarə Heyətinin qərarı ilə Azərbaycan Kooperasiya Universitetinə Tədris işləri üzrə prorektor vəzifəsinə təyin edilmişdir. 2008-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun doktorantıdır. Aqrar sənaye kompleksi müəssisələrinin marketinq fəaliyyətinin idarə olunması mövzusunda elmi araşdırmalarını davam etdirir. 1 dərs vəsaitinin,1 metodik vəsaitin, 3 fənn proqramının və 55-dən artıq elmi məqalə və tezisin müəllifidir. Rusiyanın və Ukraynanın bir çox nəşrlərində elmi məqalələrlə çıxışlar edib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.