Azərbaycan Kooperasiya Universitetinin Karyera Mərkəzi


Azərbaycan Kooperasiya Universitetinin Karyera Mərkəzi rektorun 19 fevral 2019-cu il 25 saylı əmri ilə tələbələrin karyeralarının planlaşdırılmasına məsləhət xidməti və istiqamət vermək, onları iş dünyasına hazırlamaq məqsədilə yaradılmışdır. Mərkəz tərəfindən gənclərin məşğulluq problemlərinin həlli istiqamətində təşkilati və maarifləndirmə tədbirləri həyata keçirilir.


Gənclər üçün Karyera Mərkəzi olaraq başlıca vəzifəmiz tələbələrimizi peşəkar iş həyatına hazırlamaq, şəxsi inkişaflarına dəstək olmaq, işəgötürənlərlə sıx əməkdaşlıqlar qurmaq və məzunlarımızla sağlam əlaqələri daim qorumaqdır.


İş həyatına hazırlıq
Bacarıqların təkmilləşdirilməsi
İş dünyası ilə əlaqələrin gücləndirilməsi
Məzunlarla əlaqələr
Karyera Kouçinq və Mentorluq dəstəyi
Tələbələrin Karyera Profilinin yaradılması
İş müsahibələrinin stimulasiyalarının keçirilməsi
CV, tövsiyə və istək məktublarının hazırlanmasına köməkliyin göstərilməsi
Liderlik, natiqlik, stress menecment, ünsiyyət bacarıqları, iş mühitinə adaptasiya, vaxtın idarə edilməsi, korporativ yazışma texnikaları üzrə workshopların təşkili


Əsasnaməyə baxmaq üçün PDF kimi yükləyin :

Karyera Mərkəzinin Əsasnaməsi (YÜKLƏ)


Azərbaycan Kooperasiya Universiteti, II mərtəbə, otaq 201